Seçki məntəqəsinin sədri iş başında öldü
07-02-2024 18:59 / Bu xəbər 723 dəfə oxundu
Mingəçevir şəhərində 33 saylı seçki məntəqəsinin sədri vəfat edib.
Məntəqənin sədri, 14 saylı "Aynur” körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Məmməd qızı Əsgərovanın vəziyyəti iş başında qəfil pisləşib.
O, Mingəçevir Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
İlkin məlumata görə, 63 yaşlı sədr ürək çatışmazlığından vəfat edib.