Seçkidən sonra Məcnun "səhranın ortası"nda qala bilər

Seçkidən sonra Məcnun

27-01-2024 01:32 / Bu xəbər 2221 dəfə oxundu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 7 fevralda keçiriləcək Prezident seçkilərindən sonra hökumətin formalaşan yeni tərkibində yer almayacaq.
 
Bu barədə "Arqument.az"a nazirliklə çalışan və adının çəkilməsini istəməyən mənbə məlumat verib.  
 
Məcnun Məmmədovun yeni kabinetdə yer almaması onun fəaliyyətsizliyi ilə əlaqələndirilir:
 
"Kənd Təsərrüfatı Nazirliyi tarixi boyu belə zəif nazir görməyib. Düzdür, o, nazir vəzifəsindən əvvvəl fəaliyyət göstərdiyi müxtəlif MMC-lərdə təşkilatçı rəhbər kimi fərqlənə bilmişdi. Ancaq nazirliyə rəhbər gətirildikdən sonra əvvəlki Məcnun Məmmədovdan sanki əsər-əlamət qalmadı. Nazir təyin edilməsindən bir il vaxt keçməsinə baxmayaraq, hələ də Məcnun Məmmədovun ortaya çıxarılası proqramı, konsepsiyası yoxdur. Verilən hesabatlar isə sadəcə rəqəm yığınından ibarətdir. Hətta vəziyyət o dərəcədədir ki, nazirliyin tabeliyində fəaliyyət göstərən qurumlarda çalışan şəxslərin əksəriyyətinin Məcnun Məmmədovu adını konsepsiyası olmadığına görə "kitabsız peyğəmbər" qoyublar".

Bildirilir ki, onun dövründə qeyri-neft sektoru sayılan kənd təsərrüfatı da ciddi nəticə əldə edə biməyib. Halbuki bir neçə il öncə kənd təsərrüfatının inkişafı ilə bağlı strategiya da hazırlanmışdı.