Sədərəyə yeni icra başçısı təyin edilib
22-02-2024 14:14 / Bu xəbər 640 dəfə oxundu
İlham Əliyev sərəncam imzalayıb
Naim Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək rayon icra hakimiyyətinin başçısı təyin edilib.
Bu barədə ölkə başçısı İlham Əliyev fevralın 21-də sərəncam imzalayıb.
Prezident İlham Əliyev 2023-cü ilin avqustunda Sədərək rayon icra hakimiyyətinin başçısı Mahirə Adnayevanı vəzifəsindən azad etmişdi.
Mahirə Adnayeva 2021-ci ildən Sədərək rayonunun icra başçısı idi.
Yeni icra başçısı Naim Cahidzadə 1989-cu ildə Şahbuz rayonunda doğulub.
O, Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib.
N.Cahidzadə əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində başlayıb.
N.Cahidzadə 2014-cü ildən fakültədə dekan müavini, 2018-ci ildən isə dekan vəzifəsində işləyib.