Səhiyyə Nazirliyinin vəzifəli şəxsi içkili halda saxlanılıb
30-01-2024 17:23 / Bu xəbər 643 dəfə oxundu
"ABŞ-dan qonağım gəlmişdi..."
Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi içkili halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb.
Xəbəri "Qaynarinfo" yayıb.
Bilirilir ki, saxlanılan şəxs Səhiyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışır.
Məmur içkili halda "Mercedes Benz S350" minik markalı, "XU" seriyalı avtomobillə saxlanılıb, barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə nazirlik əməkdaşı protokolda göstərilən halların doğruluğunu etiraf edib.
O deyib ki, ABŞ-dan qonaqları gəldiyinə görə spirtli içki qəbul edib.
X.M. həkim müayinəsinin nəticəsi ilə razılaşdığını və əməlindən peşman olduğunu deyib.
Məhkəmənin hökmü ilə vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Dövlət Yol Polis İdarəsi saxlanılan şəxsin adını açıqlamayıb, Səhiyyə Nazirliyi də jurnalistlərin sorğusunu cavabsız buraxıb.