Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
14-01-2025 15:01 / Bu xəbər 70 dəfə oxundu
Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev vəfat edib.
Bu barədə "demokrat.az"a istinadən xəbər verir.
Şəmsəddin Xanbabayev 85 yaşında yaşadığı Xaçmaz şəhərində dünyasını dəyişib.
O, sabah Bakıda dəfn ediləcək.
Ş. Xanbabayev 2004-2019-cu illərdə Xaçmaz Rayon İcra Hakimiyyətinə başçılıq edib.
İcra başçısı vəzifəsindən azad edildikdən sonra Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri vəzifəsində çalışıb.