Separatçı DQR-in müdafiə naziri də saxlanılıb
30-09-2023 01:55 / Bu xəbər 1235 dəfə oxundu
Sentyabrın 29-da separatçı "Dağlıq Qarabağ Respublikası”nın "müdafiə naziri” Lyova Henrixi Mnatsakanyanın Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanıldığı bildirilir.
Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilir ki, 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan 2015-2018-ci illərdə separatçı rejimin "müdafiə naziri” vəzifəsində çalışıb.
"Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib”, – deyə DSX əlavə edib.