Səttar Möhbalıyevin xanımı işdən çıxarıldı

Səttar Möhbalıyevin xanımı işdən çıxarıldı

27-09-2024 12:53 / Bu xəbər 585 dəfə oxundu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri, VII çağırış Milli Məclisin deputatı Səttar Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən azad edilib.

Pravda.az xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.

Bildirilib ki, B.Möhbalıyevanın istifadə etdiyi və qurumun balansında olan bahalı avtomobil də ondan alınıb. 

Bu ilin avqustunda Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsindən istefa verib. 

Həmin vəzifəyə iqtisadiyyat nazirinin keçmiş müavini Sahib Məmmədov seçilib. 

S.Möhbalıyev istefa verdikdən sonra AHİK-in 11 avtomobili onun qohumlarından geri alınıb.