Sevil Atakişiyevanın intiharı ilə bağlı cinayət işi açılıb
22-02-2021 17:53 / Bu xəbər 1761 dəfə oxundu
Xətai Rayon Prokurorluğu Sevil Atakişiyevanın intihar etməsi faktı ilə bağlı cinayət işi açıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Sevil Atakişiyeva fevralın 21-də saat 20 radələrində intihar edib.
O, paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilən binanın 20-ci mərtəbəsindən özünü atıb.
Baş Prokurorluq bildirib ki, fakt üzrə toplanan materiallar əsasında Xətai Rayon Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
"Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirilir", - məlumatda bildirilir.












