Sevinc Vaqifqızı ev dustaqlığına buraxılmadı

Sevinc Vaqifqızı ev dustaqlığına buraxılmadı

10-07-2024 17:45 / Bu xəbər 731 dəfə oxundu

İyulun 10-da Bakı Apelyasiya Məhkəməsində "Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının ev dustaqlığına buraxılmasından imtina ilə bağlı şikayətə baxılıb. 

Məhkəmə şikayəti təmin etməyib. 

Bu barədə "Turan"a onun vəkili Elçin Sadıqov bildirib.

Müdafiə tərəfi Sevinc Vaqifqızının cinayət məsuliyyətinə cəlb edilməsini və həbs olunmasını qanunsuz hesab edir.

***

20 noyabr 2023-cü il tarixindən "Abzas Media” nəşrinin altı jurnalisti və media işçisi "valyuta qaçaqmalçılığı" ittihamı ilə həbs edilib. 

Onlar ittihamları rədd edərək cinayət işini "Abzas Media”da yayımlanan korrupsiya araşdırmaları ilə əlaqələndiriblər.

KİV-in müdafiəsi üzrə beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini həbsdə olan jurnalistləri dərhal azad etməyə və KİV-ə təzyiqləri dayandırmağa çağırıblar.