Süleymaninin qətlində şübhəli bilinən şəxs edam olundu

Süleymaninin qətlində şübhəli bilinən şəxs edam olundu

20-07-2020 11:41 / Bu xəbər 1155 dəfə oxundu

İran CIA-yə casusluq etməkdə və "Qüds” Qüvvələrinin komandanı general Qasım Süleymaninin yeri haqqında məlumat ötürməkdə ittiham olunan şəxsi edam edib.

"Qafqazinfo" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu gün səhər edam olunan Mahmud Müsəvi Məcdin həmçinin İsrail kəşfiyyat agentliyi "Mossad"a da işlədiyi iddia olunur.

Bununla yanaşı bildirilib ki, məhkum barədə Süleymaninin ölümündən əvvəl açılan cinayət işinin ABŞ-ın keçirdiyi əməliyyatla əlaqəsi olmayıb.

Yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatı ilə endirilən raket zərbəsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds” Qüvvələrinin komandanı general Qasim Süleymani öldürülmüşdü.