SMS icazə sistemi yalnız 4 şəhər və 1 rayonda tətbiq olunacaq
02-05-2020 02:28 / Bu xəbər 1295 dəfə oxundu
Azərbaycanda xüsusi karantin dövründə SMS icazə sistemi yalnız 4 şəhər və 1 rayonda tətbiq olunacaq.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.












