Şuşada iki nəfər minaya düşərək həlak oldu
09-12-2021 15:50 / Bu xəbər 2387 dəfə oxundu
Şuşanın Daşaltı kəndində iki nəfər minaya düşərək ölüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, iki mülki şəxs mina partlaması nəticəsində həlak olub.
DİN qeyd edib ki, faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır və əlavə məlumat veriləcək.












