Talıbovlar daha bir şirkətini itirdi
04-07-2023 13:01 / Bu xəbər 1085 dəfə oxundu
"Badamlı Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) satılıb.
APA xəbər verir ki, şirkət "Mineral Sular" MMC (6 fərdi sahibkar) tərəfindən satın alınıb.
Artıq cəmiyyətin yeni icraçı direktorunun adı da məlumdur. Bu vəzifəyə Azad Həsənov təyin edilib.
"Badamlı Mineral Sular" MMC-nin bundan öncəki rəhbəri Hümbət Qəhrəmanov Naxçıvan Muxtar Respublikasının keçmiş ali sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır və şirkətin S.Talıbova məxsus olduğu bildirilirdi.
"Mineral Sular" MMC-nin üzvlərindən biri Naxçıvanda yerləşən "Ləzzət Qida Sənaye" MMC-nin təsisçilərindən olan Teymur Rzayevdir və hazırda "Sirab" şirkəti də bu quruma daxildir.












