TƏBİB parlamentdə sərt tənqid edildi: Ayıb olsun!
04-08-2020 20:26 / Bu xəbər 2644 dəfə oxundu
"Bu, çox yalnış yanaşmadır”
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) deputatın məktubuna cavab vermirsə, onun fəaliyyəti şübhə altındadır”.
Bunu parlamentin komitə iclasında çıxışı zamanı deputat Rüfət Quliyev deyib.
O bildirib ki, iyunun 12-də TƏBİB-in rəhbərliyinə məktub göndərsə də, hələ də cavab verilməyib: "Hətta bu gün onlara mesaj da göndərdim ki, deputatdı sizi narahat edən. Ancaq onlardan səs-soraq çıxmadı. Ona görə də məcbur oldum ki, bu məsələni Milli Məclisdə qaldırım. Əgər hər hansı bir qurum deputatın məktubuna cavab vermirsə, onun fəaliyyəti şübhə altındadır”, - deyə, deputat əlavə edib.
Musa Quliyev
Mənbə: google.az
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də TƏBİB-i sərt tənqid edib. O bildirib ki, koronavirusla mübarizə aparan tibb işçilərinin maaşlarına əlavələrlə bağlı cənab Prezidentin sərəncamı olsa da, TƏBİB həmin şəxslərə yalnız işə çıxdıqları gün üçün əlavə pul yazır:
"Bu, çox yalnış yanaşmadır. Onlara ayıb olsun!"///Meydan.Tv