"Təbriz Centre” MMC 50000 manat cərimələndi
03-03-2020 16:29 / Bu xəbər 1044 dəfə oxundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nizami rayonu, T.Abbasov 5 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti yerində araşdırıb.
Qlobal.az xəbər verir ki, bunu Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib.
Onun sözlərinə görə, sözügedən ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının "Təbriz Centre” MMC tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt və protokol tərtib olunub.
"Təbriz Centre” MMC-nin hüquqi şəxs qismində 50 000 manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami Rayon Məhkəməsinə göndərilib.












