"Telegram"ın Azərbaycandan Fransaya gedən qurucusu Parisdə saxlanılıb
25-08-2024 02:31 / Bu xəbər 736 dəfə oxundu
Azərbaycandan Fransaya gedən "Telegram"ın qurucusu Pavel Durov Parisdə saxlanılıb.
Məlumatı Fransanın TF1 kanalı yayıb.
Müstəntiq TF1 kanalına bildirib ki, Pavel bir çox cinayətlərdə şübhəli bilinir:
""Telegram" kriminal məzmunlu materiallar mənbəyidir. Hazırda platforma qeyri-qanuni oyunların yayımlanması ilə diqqət mərkəzindədir, lakin bu xidmətdə bir çox hesablar mütəşəkkil cinayətkarlar tərəfindən istifadə olunur. Terrorçuluqdan əlavə, ən təhlükəli cinayətkarlar "Telegram"dan uşaq pornosu məzmununu mübadilə etmək üçün istifadə edirlər”.
Pavel Durov ötən həftə Azərbaycanda səfərdə olub, dövlət rəsmiləriylə görüşmüşdü.
TF1 kanalı yazır ki, Pavel Durovu Fransada 20 ilə qədər həbs gözləyir.
Pavel tezliklə Fransa vətəndaşı kimi məhkəmə qarşısına çıxacaq.