Təmas xəttində toqquşma: ölən və yaralananlar var (Yenilənib)

Təmas xəttində toqquşma: ölən və yaralananlar var (Yenilənib)

01-09-2023 17:47 / Bu xəbər 784 dəfə oxundu

Azərbaycanla təmas xəttindəki atışma nəticəsində Ermənistanın canlı itki sayı dördə çatıb, bir nəfər isə yaralanıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

"Həlak olan hərbi qulluqçuların məlumatları, habelə yaralı hərbi qulluqçunun səhhətinin vəziyyəti barədə məlumatlar Müdafiə Nazirliyi tərəfindən müvafiq, müəyyən edilmiş qaydada hərbi qulluqçuların ailə üzvlərinə əvvəlcədən məlumat verilməklə sonra dərc ediləcək”, – Ermənistan MN-nin açıqlamasında deyilir.

***

Bakı və Yerevan bir-birini günahlandırır

Azərbaycanla Ermənistan arasındakı təmas xəttində vəziyyətin gərginləşdiyi bildirilir.

Azərbaycan Müdafiə Nazirliyinin sentyabrın 1-də səhər saatlarında yaydığı məlumatda bildirilir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.

Nazirliyin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir.

Nəticədə daha iki hərbi qulluqçu yaralanıb.

Ermənistan tərəfinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirdiyi bildirilir.

Ermənistan Müdafiə Nazirliyinin sentyabrın 1-də yaydığı məlumatda bildirilir ki, Zod rayonunda yerləşən mövqelərinə açılan atəş nəticəsində iki erməni hərbçisi ölüb, bir nəfər yaralanıb.