Tərtərdə mina partlayıb, bir nəfər ölüb

Tərtərdə mina partlayıb, bir nəfər ölüb

07-10-2023 02:47 / Bu xəbər 810 dəfə oxundu

Tərtərdə mina partlaması nəticəsində bir nəfərin həlak olduğu bildirilir. 

Bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilirki, oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun işğaldan azad edilmiş Həsənqaya kəndi ərazisində 1989-cu il təvəllüdlü mülki şəxs Yaquar Hadıyev dəmir tullantıları toplayarkən mina partlaması nəticəsində ölüb. 

Hazırda fakt üzrə Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Bu məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Ölkənin yerli saytlarında yayılan məlumatlara görə isə, bu il martın 9-da həmin şəxs həmin ərazidə baş verən piyada əleyhinə minanın partlayışı nəticəsində zərər çəkmiş, sol ayağı topuqdan aşağı amputasiya edilmişdi.

Amma bütün bu məlumatlara, hələlik, həlak olan şəxsin yaxınlarından münasibət almaq mümkün olmayıb.