Tiktoker Adəmin atası həbs olunub
15-04-2024 16:19 / Bu xəbər 1053 dəfə oxundu
Tiktoker Adəmin atası kimi tanınan Sadiq Mirzəyev həbs olunub.
Xəbəri "Report" yayıb.
Məlumata görə, barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq, 1988-ci il təvəllüdlü, "Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.
Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs olunub.
Bildirilir ki, polis əməkdaşları sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı qanunamüvafiq tədbirlər görür.