Tofiq Yaqublunun həbs müddəti daha 20 gün uzadılıb
02-06-2024 00:21 / Bu xəbər 821 dəfə oxundu
İyunun 1-də Bakının Nərimanov Rayon Məhkəməsi istintaq orqanının Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin daha 20 gün uzadılması haqqında təqdimatını təmin edib.
Bu barədə "Turan"a onun vəkili Nemət Kərimli bildirib.
Onun sözlərinə görə, Yaqublunun həbs müddəti iyunun 11-də başa çatacaqdı, indi məhkəmənin qərarı ilə həbs müddəti 1 iyula qədər uzadılıb.
Maraqlıdır ki, Yaqublu barəsində ibtidai istintaq artıq yekunlaşıb.
Həbs müddətinin uzadılması onun işi üzrə məhkəmə təhqiqatının başlamasının gecikdirilməsi deməkdir.
***
Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də dələduzluq və qanunsuz sənəd hazırlama ittihamı ilə həbs olunub.
Tofiq Yaqublu ittihamı qəbul etmir və siyasi sifariş sayır.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.