Tomas de Vaal: Ərdoğanlaə Əliyev Zəngəzur dəhlizini müzakirə edəcəklər
25-09-2023 14:57 / Bu xəbər 723 dəfə oxundu
Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan Naxçıvana bir günlük səfərə yola düşüb.
Burada onun İlham Əliyevlə danışıqları planlaşdırılır.
Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar şöbəsinin məlumatına görə, müzakirələr ilk növbədə Türkiyə-Azərbaycan ikitərəfli münasibətlərinin möhkəmləndirilməsinə həsr olunacaq.
Gündəliyə həmçinin əsas regional və beynəlxalq məsələlərin hərtərəfli müzakirəsi daxildir, Azərbaycanın Qarabağ bölgəsindəki son hadisələrə xüsusi diqqət yetiriləcək.
Səfər çərçivəsində Türkiyə və Azərbaycan prezidentlərinin mühüm mərasimdə - Iğdır-Naxçıvan qaz boru kəmərinin bünövrəsinin qoyulması və müasirləşdirilmiş Naxçıvan hərbi kompleksinin açılışı mərasimində birgə iştirak edəcəkləri gözlənilir.
Maraqlıdır ki, Karnegi Avropa Mərkəzinin eksperti Tomas de Vaal öz mikrobloqunda Türkiyə və Azərbaycanın Ermənistana "Zəngəzur dəhlizinin" açılması ilə bağlı ultimatum verə biləcəkləri haqqında təxmin dərc edib.
O qeyd edib ki: "Qarabağın Azərbaycan tərəfindən hərbi yolla azad edilməsindən bir neçə gün sonra prezidentlər Əliyev və Erdoğan bu gün Naxçıvanda görüşürlər və Ermənistan hökumətinə "Zəngəzur dəhlizini açması, əks halda..." Rusiyanın razılığı ilə orada qoşunların yerləşdiriləcəyi haqqında ultimatum verəcəkləri ehtimalı var".
Eyni zamanda, bildirilir ki, günorta saatlarına olan məlumata görə, Azərbaycan parlamentində "Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər" mövzusunda dinləmələr keçirilir. Bu müzakirələr Ermənistanın Zəngəzur dəhlizini əhatə edən regionla bağlıdır.(Turan.az)