Tuneli tikən şirkətdən açıqlama: "Nöqsanlar olub-olmadığı barədə heç nə deyə bilmərik"
23-10-2024 17:15 / Bu xəbər 582 dəfə oxundu
Bakıya yağan güclü yağışlar səbəbindən Sabunçu rayonu Asəf Əsədullayev küçəsindəki tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq həyatını itirib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tunelin tikintisi zamanı nöqsanlara yol verildiyi barədə açıqlaması isə müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə tuneli tikən şirkət "Körpü Bina Tikinti” MMC-yə qarşı ciddi etirazlar səsləndirilib, şirkətin fəaliyyətinin araşdırılması tələb olunub.
"Pravda.az" səslənən etirazlarla bağlı "Körpü Bina Tikinti” MMC-nin rəhbərliyindən mövqe öyrənməyə çalışıb.
Adını təqdim etmək istəməyən şirkətin müdir müavini deyib ki, tunelin tikintisində nöqsanlar olub-olmadığı barədə hələlik heç nə deyə bilmirlər: "Hamımız məsələdən xəbərdarıq. Aidiyyəti üzrə bizə məsələnin araşdırılması barədə nəsə deyilməyib, biz özümüz araşdırırıq ki, necə olub”.
Xatırlatma
"Körpü Bina Tikinti” MMC 2001-ci ildə təsis edilib.
Tunelin açılışı 2020-ci ildə olub.
"Körpü Bina Tikinti” MMC-nin direktoru Xəlil Göyüşovdur.