Vahid Məhərrəmli: Nazirlər kəndlilərə verilən torpaqları ələ keçirirlər
21-05-2020 03:49 / Bu xəbər 1681 dəfə oxundu
"Bizdə məmurlar dərhal yolunu tapır ki, kəndlilərə ayrılan subsidiyaları mənimsəsinlər. Nazirlər və digər məmurlar kəndlilərə verilən torpaqları ələ keçirirlər".
Bunu Meydan.Tv-yə ekspert Vahid Məhərrəmli deyib.
"Üstəlik, zəbt olunan torpağlara su verildiyi halda, adi kəndli torpağına gedən suvarma kanalı kəsilir. Rayona İcra başçısı təyin edilən kimi dərhal bəyəndiyi torpaq sahəsini ələ keçirdir, balıq gölünü mənimsəyir, harda ferma var onu zəbt edirlər. Ən acınacaqlısı da budur ki, kəndli məmuru məhkəmə çəkişməsində uda da bilmir. Prezident bir -başa nəzarət etməlidir bu məsələlərə", - o qeyd edib.