Vasif Talıbova məxsus olduğu iddia edilən "Gəmiqaya" kimə satılıb?
06-01-2023 17:02 / Bu xəbər 1376 dəfə oxundu
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclsinin keçmiş sədri Vasif Talıbovun biznes imperiyasının çökdürülməsi prosesinə start verilib.
Talıbov ilk olaraq biznes imperisyasının ən iri subyektlərindən olan "Gəmiqaya Holdinq”i itirib.
Şirkət bu gündən etibarən "Arkoz Holdinq” adı ilə fəaliyyət göstərəcək.
"Qaynarinfo"nun əldə etdiyi məlumata görə, Vasif Talıbovla bağlı proseslərin ilk gündlərindən "Gəmiqaya Holdinq”də əl dəyişimi həyata keçirilib.
Holdinqin bütün subyektlərinin adı dəyişdirilib. İndi "Gəmiqaya Holdinq”ə daxil olan bütün şirkətlərin adı "Arkoz”la başlayır.
Hazırda Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlarında "Arkoz Metal Konstruksiyalar Zavodu”, "Arkoz Travertin-Mərmər Zavodu”, "Arkoz Mebel Fabriki”, "Arkoz Avto-Servis”, "Arkoz Qazax Sement Zavodu”, "Arkoz İnaşşat Şirkəti”, "Arkoz Kərpic Kompleksi”, "Arkoz Merketinq” və "Arkoz Yol-Su Enerji” şirkətlərinin adına rast gəlinir.
Bu şirkətlərin bir çoxu Naxçıvan şəhər Vergilər İdarəsində qeydiyyatdadır. Onların yaranma tarixi illər əvvəli əhatə edir.
Məlumatlara görə, bu şirkətlər vaxtilə "Gəmiqaya Holdinq”ə daxil olub.
Vasif Talıbovun holdinqi adını dəyişəndən sonra ona daxil olan şirkətlərin də adında dəyişiklik edilib.
Bəs "Akroz Holdinq”in sahibi və rəhbəri kimdir?
Həm Arkoz, həm də Gəmiqaya şirkətlərinin sahibi kimi açıq informasiya mənbələri Emin Uçarı göstərir.
Amma qrupa, indiki halda şirkətlər ittifaqına 30-dək hüquqi şəxs daxildir və onların sahiblik strukturu haqda ictimaiyyətə açıq bilgi yoxdur.












