Vəkilə rüşvət ittihamı: "Bəraət hökmü üçün 20 min alıb"

Vəkilə rüşvət ittihamı:

25-08-2023 14:35 / Bu xəbər 827 dəfə oxundu

Vəkillər Kollegiyasının üzvü Cavid Əliyev məhkəmədə vətəndaşa bəraət hökmünün çıxarılması üçün 20 min manat rüşvət almaqda ittiham olunur.

"Gununsesi.info"nun xəbərinə görə, bu barədə Aytən Mahmudova bildirib.

Məlumata görə, işlə bağlı Nəsimi rayon məhkəməsinin hakimi Solmaz Mustafayeva Aytən Mahmudovaya bəraət versə də Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədov bəraət hökmünü ləğv edib.

Aytən Mahmudova isə öz növbəsində vəkil Cavid Əliyevdən ona verdiyi 20 min manatı tələb edib.

Aytən Mahmudova vəkilə pulu qaytarması üçün ona Watsapp üzərindən mesajları yazıb.

Məsələ ilə bağlı 2Gununsesi.info2nun əməkdaşı vəkil Cavid Əliyevlə əlaqə saxlayıb.

Cavid Əliyev: "Yalan deyir, böhtan atır”, - deyərək telefonu qapadıb. 

Mahmudovanın sosial şəbəkələrdə yaydığı mesajları təqdim edirik: