Vətəndaşlar "whatsapp"la yerli sukanal idarələrinə müraciət edə bilərlər
13-04-2020 16:01 / Bu xəbər 1175 dəfə oxundu
Koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir.
Bu barədə "Azərsu” Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.
Məlumata görə, vətəndaş qəbuluna müvəqqəti məhdudiyyətlərinin tətbiqi ilə əlaqədar müraciətlərin internet üzərindən "skype” proqramı vasitəsilə edilməsi üçün videoqəbul xidməti təşkil olunub. Bununla yanaşı, "Whatsapp" xidməti vasitəsilə də müraciətlərin qəbulu davam etdirilir.
Müraciətlərin operativ həllini təmin etmək məqsədilə hər bir sukanal idarəsi üzrə də "whatsapp" nömrələri təyin edilib.
Vətəndaşlar aşağıda qeyd olunan "skype” ünvanları və "whatsapp" nömrələri ilə vasitəsilə həftə içi (1-ci – 5-ci günlər) birbaşa müraciət edə bilərlər.
S/s
Rayon Whatsapp nömrələr Skype ünvanları
1. Sabunçu (+99455) 4577186 Sabuncu.Sukanal
2. Suraxanı (+99455) 4573952 Suraxani.Sukanal
3. Xəzər (+99455) 4572796 Xezer.Sukanal
4. Nizami (+99455) 4573974 Nizami.Sukanal
5. Nəsimi (+99455) 4577406 Nəsimi.Sukanal
6. Səbail (+99455) 4577253 Sebail.Sukanal
7. Yasamal (+99455) 4573332 Yasamal.Sukanal
8. Xətai (+99455) 4579466 Xatai.Sukanal
9. Nərimanov (+99455) 4573954 Narimanov.Sukanal
10. Binəqədi (+99455) 4575158 Binaqadi.Sukanal
11. Qaradağ (+99455) 4577785 Qaradağ.Sukanal
12. Abşeron (+99455) 4577746 Absheron.sukanal
13. Sumqayıt (+99455) 4579442 Sumqayit.Sukanal
14. Bağlar (+99455) 4577706 Baglar.Sukanal
Şənbə və bazar günləri isə 955 Zəng Mərkəzinə, azersu.aparat1, azersu.aparat2, azersu.aparat3 "skype” ünvanlarına, həmçinin (+99455) 209-95-59 "whatsapp" nömrəsinə müraciət etmək xahiş olunur.












