Vilayət Eyvazov Elşad Hacıyevlə bağlı əmr imzaladı
11-07-2023 13:01 / Bu xəbər 987 dəfə oxundu
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsini Elşad Hacıyev icra edəcək.
"Qafqazinfo"ya istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri polis general-polkovniki Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.
Qeyd edək ki, Elşad Hacıyev 2020-ci ildən DİN Mətbuat xidmətinin şöbə rəisi vəzifəsini tutur.
O, daha əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri olub.