Xanım idmançımız növbəti dünya çepmionatında - FOTO

Xanım idmançımız növbəti dünya çepmionatında   - FOTO

13-01-2014 17:30 / Bu xəbər 1917 dəfə oxundu

Pauerliftinq üzrə növbəti dünya çempionatı Amerikanın Florida ştatında noyabr ayının 12-dən start götürüb. 

Arqument.Az xəbər verir ki, bu çempionatda həmyerlimiz, Azərbaycan yığma komandasının fovoriti, 2012-2014- cü illər ərzində üçqat mütləq Avropa, ikiqat mütləq dünya çempionu, Heydər Əliyev kubokunun sahibi olan Günel Talıbova da çıxış edib.

O, növbəti dəfə dünya çempionu olub. Üç hərəkətin cəmi olaraq xanım idmançımız 56 kq çəki dərəcəsində 430 (150-90-190) kq qaldırıb. Bununla da yeni dünya rekordlarını təzələyib. 

Qeyd edək ki, Günel Talıbova mütləq dünya rekordçusudur. Onun haqqında Amerikanın, Rusiyanın və digər ölkələrin mətbuatında kifayət qədər yazılar dərc olunub. Həmçinin xeyli sayda müsahibələri yerli və dünya mətbuatda yer alıb.

Arqument.Az