Xəstəxanın laboratoriyası bir neçə gündür ki, işıqsız qalıb
10-01-2023 13:34 / Bu xəbər 912 dəfə oxundu
Abşeron Rayon Mərkəzi Xəstəxanasının qan analizi laboratoriyasında elektrik lampaları sıradan çıxıb.
Bu barədə "Arqument.az"a xəstəxanadan məlumat verilib.
Bildirilir ki, qan analizi laboratoriyasında yaranan bu problem tibbi personalın iş tempini zəiflədərək növbələrin artmasına səbəb olur.
İşıqlandırma sistemində yaranan problem bir neçə gün əvvəl yaransa da, indiyədək aradan qaldırılmayıb.
Onlar deyiblər ki, TƏBİB-ə edilən müraciətin isə hələ də heç bir nəticəsi yoxdur.