“Xəzər Lənkəranlı” fanatlardan cavab - Sarıköynək...
04-01-2015 17:13 / Bu xəbər 2571 dəfə oxundu
Sabiq komandası "Xəzər Lənkəran"a qol vurduqdan sonra dəlicəsinə sevinən "Simurq"un futbolçusu Elnur Abdullayevin bu hərəkətinə lənkəranlı azarkeşlər də münasibət bildirib.
"Qafqazinfo" xəbər verir ki, fanatlar bu hadisə ilə bağlı "Facebook" sosial şəbəkəsində şəkil yerləşdirərək, yarımmüdafiəçini ələ salıblar.
Qeyd edək ki, Topaz Premyer Liqasının 19-cu turunda baş tutan "Simurq" - "Xəzər Lənkəran" matçı 2:0 hesabı ilə ev sahibi komandanın xeyrinə başa çatmışdı.
Abdullayev isə Zaqatala təmsilçisinin 1-ci qolunu vurmuşdu.












