Xəzərdə 5.7 bal gücündə zəlzələ olub

Xəzərdə 5.7 bal gücündə zəlzələ olub

04-07-2023 11:47 / Bu xəbər 834 dəfə oxundu

Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Zəlzələ Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olunub.
 
Yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.