“Yanacaq gəlirləri 9,3 milyard dollar azalıb” – ŞƏRH
20-11-2015 00:53 / Bu xəbər 1252 dəfə oxundu
Yanacaq resurslarının ixracatından azalma ayda 930 milyon dollar, adambaşına 969 dollar təşkil edib.
Arqument.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu Dövlət Gömrük Komitəsinin açıqlamasını şərh edərkən deyib:
O bildirib ki, bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda xam neft, təbii qaz və neft məhsullarının ixracatından gəlirlər 9,3 milyard dollar azalıb.
"Noyabrın 1-nə olan hesablamalara görə, bu il ərzində yanacaq resurlarının ixracatından aylıq azalma 930 milyon dollar, adambaşına 969 dollar və ya 1000 manat təşkil edib. Ölkəmizin bütövlükdə ixrac gəlirləri isə müqayisə olunan dövrdə 49,1 faiz aşağı düşüb. Dövr ərzində iхracda əsas mallar sırasında meyvə-tərəvəz məhsulları, kimya sənaye malları, alüminium və ondan hazırlanan məmulatlar istisna olmaqla, bütün əmtəə sahələri üzrə azalma qeydə alınıb. İdxalda əsas mallar siyahısında artım buğda, meyvə-tərəvəz, əzcaçılıq məhsulları, oduncaq, qara metallar, nəqliyyat vasitələri və onların hissələrində müşahidə olunub. Dövr ərzində ölkəyə 21,5 minə qədər əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri idxal olunub ki, bu da əvvəlki illə müqayisədə 54,7 faiz azdır. Belə ki, 2014-cü ilin noyabrın 1-nə olan məlumata görə, ölkəyə eyni mal sahəsi üzrə 47,4 minə qədər avtomobil ixdal olunmuşdu”.
Arqument.Az












