Yardımlı meşələrin məhv edilməsi ilə bağlı araşdırma başladı
23-11-2023 13:28 / Bu xəbər 1041 dəfə oxundu
"Ecofront" səhifəsi Yardımlı rayonunda meşələrin kütləvi şəkildə məhv edilməsi ilə bağlı görüntülər yayıb.
"Qaynarinfo"nun məlumatına görə, bildirilir ki, 11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliyinin 2 saylı dolayında meşəni son bir neçə həftədə talan ediblər.
Məlumatda 100-lərlə ağacın qeyri-qanuni kəsildiyi qeyd edilir. Həmin dolay noyabrın əvvəlindən gözətçisiz qalıb.
Bundan sonra ağac kəsilməsi daha da artıb.
Ağacların heç birinin isə damğası olmayıb. Kənd sakinlərdən biri deyib ki, dünən idarədən gəlib ağaclara damğa vurublar.
6 ay öncə isə yuxarıda adı keçən dolayda təhvil-təslim zamanı 200-ə yaxın ağaca damğa vurub, ancaq akt tərtib etməyiblər.
Həmin dolayın bu özbaşınalığa tab gətirməyərək işdən çıxan gözətçisi belə deyib.
İndidə idarə həmin meşəyə işdən çıxarılan gözətçini gətirib məsələni ört-basdır etməyə çalışır.
Səhifə ağacların məhv edildiyi yerdən görüntülər də paylaşıb.
Həmçinin rayonun Ləzir kəndinin meşələrində yüzlərlə cavan ağac kəsilmə sahəsi olmadan meşə təsərrüfatı mərkəzinin işçiləri tərəfindən kəsilib, UAZ markalı avtomobillərlə daşındığı iddia olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma gedir.
Məlumata görə, eyni anda hüquq-mühafizə orqanları tərəfindən də sözügedən görüntülər araşdırılır.