Yol polisi Kamran Həsənlini sərt cəzalandırdı
15-01-2015 19:11 / Bu xəbər 2712 dəfə oxundu
Dünən məşhur teleaparıcı Kamran Həsənlinin idarə etdiyi avtomobil Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 401-ci alay komandirinin müavini tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.
Arqument.Az AzNews.az-a istinadən xəbər verir ki, bu məlumatı Kamran Həsənli təsdiq edib və bildirib ki, avtomobilini cərimə ödəmədiyinə görə saxlayıblar.
“Radara düşdükdən sonra pulunu vaxtında ödəməmişəm. Onsuz da mənim maşınımı həmişə saxlayırlar. Təbii ki, yol hərəkət qaydalarını pozanda polis saxlamalıdır. Etiraf edirəm, iki gündən bir qaydaları pozuram, saxlayırlar, cərimə eləmək lazımdırsa edirlər, vəssalam”, - məşhur şomen vurğulayıb.
Qeyd edək ki, K. Həsənli “Mitsubishi” markalı avtomobil idarə idarə edir.
Arqument.Az