Zərifə Əliyeva adına Göz Klinikasında pasiyentlərdən əlavə pul tələb olunur?

Zərifə Əliyeva adına Göz Klinikasında pasiyentlərdən əlavə pul tələb olunur?

20-06-2020 01:58 / Bu xəbər 1644 dəfə oxundu

Akademik Zərifə Əliyeva adına Göz Klinikasında pasiyentlərdən əlavə pul tələb olunur. 
 
Bu barədə Qlobal.az-a verilən məlumatda deyilir. 
 
Məlumata görə, Zərifə Əliyeva adına Göz Klinikasının uşaq bölməsinə müayinə üçün edilən ödənişdən əlavə 113A nömrəli otaqda gözün fotosu üçün hər bir pasiyentdən 5 manat alınır. 
 
İddialara görə 113A kabinetində gözün fotosunun çəkilməsi üçün alınan 5 manatlar qeyri-qanunidir və yığılan pullar vergidən yayındırılır. 
 
Zərifə Əliyeva adına Göz Klinikasından məsələyə münasibət bildirilməyib.