Özünü nazir oğlu kimi təqdim edən şəxs 170 ailəni susuz qoydu - Göyçayda nə baş verir?

Özünü nazir oğlu kimi təqdim edən şəxs 170 ailəni susuz qoydu - Göyçayda nə baş verir?

10-06-2017 23:47 / Bu xəbər 2993 dəfə oxundu

Taleh Xasməmmədov: "Su borularının sökülməsində rəhbərlik edən şəxs özünü Kənd təsərrüfatı nazirinin oğlu kimi təqdim edib"

"Dünəndən etibarən Göyçay rayon Qarabaqqal kəndində 170 ailəyə verilən içməli su boruları ekskavatorlarla sökülüb, kranla çıxarılaraq yük avtomibilləri ilə naməlum istiqamətdə daşınır. Sakinlər ciddi şəkildə etiraz etsələr də, baş verən qanunsuz hərəkətlərin qarşısında aciz duruma düşdüklərini bildirirlər. Bildirirlər ki, artıq dünəndən bəri 1 km-dən artıq su borusu sökülüb. Səhər tezdən Daxili İşlər Nazirliyinin "102 qaynar xətti"nə şikayət edən Eldar Şıxaliyev dərhal Göyçay RPŞ-nə çağırılıb. Ondan israrla tələb ediblər ki, "icra başçısı məlumatın təkzib edilməsini istəyir, sən də belə bir hal yoxdur deyə təkzib olunacaq izahat yazmalısan". E. Şıxalıyev məcburiyyət qarşısında təkzib izahatını verərək polis şöbəsini tərk edib". 

Arqument.Az xəbər verir ki, bu məlumatı hüquq müdafiəçisi, keçmiş siyası məhbus Taleh Xasməmmədov yayıb. 

Onun sölərinə görə, axşam saatlarında yenidən çoxlu sayda kənd sakinləri etiraz olaraq həmin ərazidə işləyənlərlə ciddi münaqişəyə girərək danışıqlar ediblər: "Orada içməli su borularının sökülməsində rəhbərlik edən şəxs özünü Kənd təsərrüfatı nazirinin oğlu kimi təqdim edib".
 Картинки по запросу heydər əsədov
"Şikayətçilər və mövzu geniş olduğundan ictimaiyyətə ətraflı məlumat veriləcək. Bundan əlavə qeyd etməyi vacib bilirəm ki, bir neçə ay bundan əvvəl oxşar hadisələr Göyçayın Mirzəhüseynli və Qaraməryəm kəndlərində baş vermişdi. Orada kəndlərin əkin sahələrinin suvarılması üçün istifadə olunan dəyəri 100 minlərlə ölçülən paslamayan su boruları sökülərək satılmışdı. Qeyd olunan hallarla bağlı KIV-də kifayət qədər şikayət xarakterli yazılar dərc olunsa da, kəndlilərin tələbləri hələ də həllini tapmayıb", - Xasməmmədov bildirib.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Arqument.Az