“Gelandewagen-in sükanı arxasında Nail Allahverdiyev olub” - DİN Mətbuat xidməti

“Gelandewagen-in sükanı arxasında Nail Allahverdiyev olub” - DİN Mətbuat xidməti

05-08-2017 11:52 / Bu xəbər 3040 dəfə oxundu

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Bakının Heydər Əliyev prospektində "Mercedes Gelandewagen” markalı avtomobilin törətdiyi qəza ilə bağlı yenidən açıqlama verib. 

DİN-in mətbuat xidməti virtualaz.org saytının istintaqın gedişi və sürücünün şəxsiyyətinin müəyyən edilməsi haqda sualına cavab olaraq bildirib ki, aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntüləri araşdırılıb və "Mercedes Gelandewagen” markalı yolsuzluq avtomobilinin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edilib.

Adıçəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunacaq.

Xatırladaq ki, Nail Allahverdiyev baş nazirin müavini Əli Həsənovun nəvəsidir. Daha öncə KİV və qorxunc qəzanın şahidləri dəfələrlə bildirmişdilər ki, məhz o, avtomobilin sükanı arxasında olub və insanların ölümünə gətirib çıxarmış qəza törədib.