Özünü yandıran şəxslə bağlı bankdan açıqlama - Elə müştərimiz yoxdur

Özünü yandıran şəxslə bağlı bankdan açıqlama - Elə müştərimiz yoxdur

24-11-2015 15:49 / Bu xəbər 1281 dəfə oxundu

"Muğanbank”ASC noyabrın 23-də Binəqədi filialının qarşısında banka olan borcunu ödəyə bilməyən Naxçıvan sakini Malik Hüseynovun özünü yandıraraq intihara cəhd etməsi ilə bağlı açıqlama yayıb. 

Bankdan Arqument.Az-a daxil olan məlumata görə, "Muğanbank”ın bu adda müştərisi yoxdur: "Nəzərinizə çatdırmaq istəyirik ki, nəinki Binəqədi filialında, ümumiyyətlə "Muğanbank” ASC-də Hüseynov Malik Abbas oğlu adlı müştəri yoxdur və bank tərəfindən DYP–yə Hüseynov Malik Abbas oğluna məxsus avtomobilin saxlanılmasına dair müraciət olunmayıb”.

Arqument.Az