Özünü sevmək və gələcəyə aparan güc
25-03-2024 01:02 / Bu xəbər 1472 dəfə oxundu
Ləman Fikrətli
Uşaqlıqdan bizə özünü sevməyi eqoizm kimi təqdim ediblər.
Sanki bunu şüuraltına idarə oluna bilmək üçün yeridiblər; natamamlıq kompleksi, mərkəz öz olmamaq, başqalarına ali baxmaq, ilahiləşdirmək məqsədi daşıyan bir idarə yöntəmi kimi. Bu, hamımızda bir travmadır.
Bunlar özünütanıma və özünübilmə kimi inqilabi düşüncələrə böyük divardır. Hər kəs ruhsal ve şüurlu halda özünü tanısa nə olar?!.
Əslində, özünü sevmək əsla eqoizm deyil. Özünü tanımaq, ruhsal oyanışdır. Çünkü özünü sevən insan məhz özünü qoruyacaq, tam olmaq üçün özünü isbat edəcək.
Ruhsal və cansal özünü tanıyan kəs əsla kölə, kütlə psixologiyasının qurbanı olmaz.
Özünü sevən insan başqalarını da sevəcək. Çünkü özünü şüurlu halda sevən empati hissi aşılayacaq özünə...
Bundan başqa, sevmək və qoruya bilmək anlayışını qavrayacaq. Bu mərhələləri keçən insan sərhədli deyil, qlobal, hətta dünyalardan da böyük, təkcə cismani varlıq olaraq deyil, ruhsal durumda düşünə bilməyi bacaracaq.
Bununla da düşünən beyinlər çoxalacaq. Belə halda da toplum formalaşacaq.
Güc və sonra…