Abbasovun Azərbaycandakı adamının ermənilərlə iş birliyi ortaya çıxdı – SENSASİON FAKTLAR

Abbasovun Azərbaycandakı adamının ermənilərlə iş birliyi ortaya çıxdı – SENSASİON FAKTLAR

26-09-2015 16:43 / Bu xəbər 8331 dəfə oxundu

Qabil Məmmədov adlı vətəndaş Azərbaycanın baş nazirinin sabiq müavini olmuş və hazırda Rusiyada çalışan Abbas Abbasovun yaxını, həmyerlisi Fərhad Mehtiyevlə bağlı redaksiyamıza müraciət göndərib. 
 
Müraciətdən bəlli olur ki, Qabil Məmmədov Rusiyanın Müasir Humanitar Akademiyasının (SQA) təmsilçisi Fərhad Mehtiyev tərəfindən aldadılıb. 

Həmin müraciəti olduğu kimi təqdim edirik: 

"Biz İnnovasiya İnstitutu rəhbəri Fərhad Mehtiyev haqqında 6 aya yaxındır ki, araşdırma aparmışıq. Həmin araşdırmamız zamanı onun sizin qurumla da ədavət apardığı bizə məlum olmuşdur. Buna görə də Fərhad Mehtiyevlə əlaqədar müxtəlif redaksiyalara göndərdiyimiz məktubların (araşdırmanın) birini də sizə ünvanlayırıq. İnanırıq ki, bu sizin üçün də çox faydalı olacaqdır:

Təxminən bu ilin may ayında qardaşımın övladına ali məktəb seçmək məqsədilə elanlara baxaraq seçim və araşdırma edirdik. Bu zaman biz Rusiyanın Müasir Humanitar Akademiyasının (SQA) Azərbaycanda Bakı ş. "28 May” küç. 5 ünvanında yerləşən binasına getdik. İlkin araşdırmaları orda etdikdən sonra, orda bizə deyilənlərin çoxuna inanmayaraq, əvvəlcə internetdə bu akademiya haqqında bəzi araşdırmalar etməyə başladıq. 

Elə ilk araşdırmamızda Azərbaycanda da 10 ildən çox fəaliyyət göstərən bu akademiyanın Ermənistanla çox sıx əlaqədə olduğunun şahidi olduq. Bizi xüsusilə narahat edən o oldu ki, bu akademiya Dağlıq Qarabağda öz filialını açıb və akademiya oranı öz saytında Ermənistan ərazisi kimi göstərib.

Bundan sonra biz, bu akademiya haqqında, onun Azərbaycandakı fəaliyyəti haqqında, həmçinin o akademiyanın Azərbaycanda 10 ildən çox nümayəndəsi olan, akademiyanın saytında adı keçən Fərhad Mehtiyev haqqında geniş araşdırmalar aparmağa başladıq. Əsas məlumatlarımızı sayt, "facebook” səhifələri, ümumiyyətlə internetdən alsaq da, daha sonra F.Mehtiyevi yaxından tanıyan bir neçə şəxslə də təmasda ola bildik və daha ətraflı, düzgün məlumatlar əldə edə bildik. 

Bizə bu işdə ən yaxşı köməyi isə qızı bir neçə il əvvəl Müasir Hümanitar Akademiyasında təhsil almış (Bakıdan distant formada) və Fərhad Mehtiyev tərəfindən aldadılmış, özü isə keçmiş jurnalist olan bir valideyn oldu.  Sözsüz ki, müstəqil apardığımız bu araşdırmalar zamanı çox lazımı  məlumatlar əldə etsək də, peşəkar jurnalist olmadığımızdan və buna görə də yetərincə səlahiyyətimiz olmama səbəbindən hesab edirik ki, hələ araşdırmadığımız çox məsələlər qaldı. Ona görə də, əlimizdə olan ilkin faktları və valideyn jurnalistin verdiyi maraqlı faktları sizin diqqətinizə çatdırır, sizlərin daha ətraflı araşdırmalar apararaq, xalqımızın övladlarının belə insanların tələsinə düşməsinin qarşısını alacağınıza inanırıq.

Bu gün Azərbaycan, möhtərəm cənab prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın ən inkişaf etmiş ölkələrin sırasında özünün layiqli yeri tutmuşdur və bu inkişaf cəmiyyətimizin bütün sahələrini əhatə edir. Bu sahələrdən biri də təhsildir. Lakin təəssüflər olsun ki, cəmiyyətimizdə öz çirkin hərəkətləri ilə bu nailiyyətlərə kölqə salmaq istəyənlər də var. Bunlardan biri də Mehtiyev Fərhad Hidayət oğludur.

Təkcə bir faktı qeyd etsək, onun hansı məqsədlərə qulluq etdiyi aydın olar. Bu adam Azərbaycan xalqının qatı düşməni, Dağlıq Qarabağ münaqişəsinin illərlə həll edilməməsi vəziyyətinə gətirilməsinin memarı olan Viktor Polyaniçkonun şinelindən çıxıb (Polyaniçkonun köməkçisi olub) və onun "dostlarının” dəstəyindən bu gün də yararlanır. Sonralar isə Abbas Abbasovun yanında işləyib, onun şəxsi tapşırıqlarını yerinə yetirib. Ona görə də, bu gün də Abbas Abbasovun Azərbaycanda hakimiyyətə gələcəyi ona yüksək vəzifələr verərək onun maxenasiyalarının üstünü örtəcəyi kimi boş xəyallarla yaşayır.

Özünü gah rektor, gah direktor, gah sədr, gah da professor, akademik  adlandıran bu adam on il ərzində (2004-dən bu günədək) yaratdığı onlarla şirkət, qeyri-hökümət təşkilatı və mərkəzlər vasitəsi ilə kullü miqdarda çirkli pullar əldə edib.

1. "Bakı innovasiya texnologiyaları mərkəzi” İctimai Birliyi  – Azərbaycan
2. "İnnovasiya fəaliyyəti üçün mütəxəssislərin hazırlanma mərkəzi” ictimai birliyi – Azərbaycan
3.  "İnnovasiya” MMC – Rusiya (Bu şirkət Müasir Humanitar Akademiya tərəfindən təsis edilsə də, onun saytında olan ünvan və telefon nömrələri məhz F. Mehtiyevə mənsubdur)
4.  "İnnovasiya institutu” ictimai birliyi - Azərbaycan
5. "Avrasiya innovasiya institutu” ictimai birliyi - Azərbaycan
6/  "İnnovation Technologies in Education” LLP - Britaniya adaları (offşor zona) və s.

Elə bizim də məqsədimiz F. Mehtiyevin əsl simasını açmaq, onun fırıldaqlarını ifşa etmək və bu yalançı fəxri adlar, titulların və ordenlərin haradan əmələ gəldiyini və mahiyyətcə nədən ibarət olduğunu konkret faktlar əsasında ortaya qoymaqdır. Əlavə olaraq qısaca da olsa, bu adamın və onun "başına toplaşanların” əsl mahiyyətini göstərməkdir.

2004-2013-cü illərdə o və onun "dostları” bir sıra şirkət və qeyri-hökümət təşkilatları yaradaraq, həmvətənlərimizi aldatmaqla məşğul olurlar. 
İndi isə qəhramanımızın biznes şəbəkəsi haqqında məlumat verim. Deməli, ilk şirkətini F.Mehtiyev 2003-2004-cü illərdə "Bakı innovasiya texnologiyaları mərkəzi” adlandırır. 

Öz mühasibələrindən birində o, qeyd edir ki, yeni yaradılan müəssisə innovasiya fəaliyyəti üçün kadr hazırlığı ilə məşğul olacaqdır. Bunun nə olduğunu və ümumiyyətlə belə məfhumun nə məna daşıdığını indiyənə kimi heç kəs bilmir. Sadəcə, F. Mehtiyev belə ifadə işlətməklə, öz personasına maraq yaratmaq və sonralar bundan çirkin məqsədlər üçün istifadə etmək niyyətini güdürdü. 

Digər tərəfdən bu təşkilatı F. Mehtiyevin təhsil prosesinə "girişmək” üçün ilk addım hesab etmək olar. Çünki məhz bu qeyri-hökümət təşkilatı F. Mehtiyev tərəfindən "Müasir Humanitar Akademiya”nın (Rusiya Federasiyasının özəl ali məktəbi) Azərbaycanda filialını açmaq üçün tərəfdaş kimi istifadə olunur. Lakin siyahıda göstərdiyimiz "İnnovasiya” MMC-də bununla bərabər fəaliyyətə başlayır. Bu qarışıqlıqlar F. Mehtiyev və onun "tərəfaşları” tərəfindən həm gəlirləri qizlətmək, həm də maxinasiyalara ciddi don qeyindirmək məqsədi ilə edilirdi. Buna əyani sübut kimi əldə etdiyimiz bir müqaviləni göstərmək istərdik. 

Aşağıdakı linkdəki müqavilə ilə tanış olanda aydın olur ki, bir tərəfdən "İnnovasiya” MMC, digər tərəfdən isə «Innovation Technologies in Education» LLP (Böyük Britaniya adalarında qeydiyyatdan keçmiş şirkət) və onun təmsilçisi, adı heç kimə bəlli olmayan (böyük ehtimalla uydurulmuş) yunan soy adlı birisi Andreas Kakouris və digər tərəfdən Azərbaycan vətandaşı (http://innovation-az.ru/wp-content/uploads/2012/07/SQA-agreement.pdf). Lakin birinci şirkətin adının heç bir məna daşımadığını görən F.  Mehtiyev  fəaliyyətinə təhsil donu geyindirmək üçün gürultulu adı olan, lakin həqiqətdə adi bir qeyri-hökümət təşkilatı olan "İnnovasiya İnstitutu”, sonralar isə yenədə QHT olan "Avrasiya İnnovasiya İnstitutunu” təsis edir və şübhəsiz ki, yeni status qazanmaq üçün özünə yeni saxta bir vəzifə uydurur – REKTOR.

Rusiya tərəfi İnnovasiya İnstitutunun və Avrasiya İnnovasiya İnstitutunun təhsilə heç bir aidiyyyatı olmamasını və bunların sadəcə qeyri-hökümət təşkilatı olmasını və hər hansı bir elmi, metodiki, maddi-texniki bazasaya maliksizliyini yaxşı bilirdi. Yəqin ki, burada da F. Mehtiyev Polyaniçkodan miras qalmış "dostlarından” yararlanır və onların zaminliyi ilə bir sıra Rusiya ali təhsil müəssisələri ilə müqavilələr imzalayır. Bunların arasında qeyd etdiyimiz "Müasir Humanitar Akademiya”sı (Moskva, RF), "Smolnı Universiteti” (Sankt-Peterburq, RF), "Xarkov Radioelektronika İnstitutu” (Xarkov, Ukrayna) və sairə mövcuddur.  

Məhz "Müasir Humanitar Akademiya”nın (MHA) 100-dən artıq Azərbaycan tələbəsinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin şikayəti əsasında 2009-cu ildə Vergilər Nazirliyi tətəfindən F. Mehtiyevə qarşı cinayət işi (0991020010254400 nömrəli Cinayət işi - 2009-cu il)  qaldırılıb. Bu haqda onun xarici ortaqlarına da məlumat verilir. 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, başda o vaxt ki, təhsil naziri Misir Mərdanov, Aparat rəhbəri İlham Pirməmmədov olmaqla 2000-2010-cu illər ərzində bu fırıldaqçı adama qarşı 10 illərlə mübarizə aparsalar da, Fərhad Mehtiyev müxtəlif donlara girərək, öz  qanunsuz fəaliyyətini davam etdirib. Sosial mediada yer alan sonuncu məlumatdan görünür ki, hətta 2013-cü ilin aprel ayında Təhsil Nazirliyinin məktubu əsasında Respublika Baş Prokrorluğu (Korrupsiyaya qarşı Mübarizə İdarəsi) tərəfindən F.Mehtiyevin Azərbaycandakı "Müasir Humanitar Akademiya”sında yoxlama aparılıb.

F. Mehtiyevin mahiyyətini bütün çılpaqlığı ilə əks etdirən və onun hansı əqidə daşıyıcı olması haqqında tam dolğun təsərrüat yaradan bir fakta nəzər salaq. Bu da F. Mehtiyevin uzun illərdi ki, ölkə təmsilçisi olduğu Müasir Humanitar Akademiyası (MHA) haqqındadır. Həmin akademiyanın ilham verici ideoloqu milliyətcə erməni olan Dmitri Nersesyandır (F. Mehtiyevin "facebook”dakı az olan dostlarındandırhttps://www.facebook.com/farhad.mehtiev?fref=ts )(Dmitri Nersesyanın https://www.facebook.com/dmitri.nersesyan?fref=tl_fr_box). ">linki https://www.facebook.com/dmitri.nersesyan?fref=tl_fr_box)

Biz indi sizə təqdim edəcəyimiz bir fakt isə hamını dəhşətə gəticəkdir. Oxuyub təəcüblənməyin. Bu faktlar Müasir Hümanitar Akademiyasının (MHA) saytından götürülüb və biz onu orijinal dildə, yəni rus dilində veririk.

MHA-nın internet saytında onun Rusiya ərazisindəki filialları və xarici ölkələrdəki tərəfdaşlarının siyahısı verilib. 

Həmin siyahını saytda olduğu kimi təqdim edirik: 

 

 

Азербайджанская Республика

Наименование партнера СГА

Фамилия, имя, отчество руководителя

Код города

Телефон

1

Азербайджан. г. Баку, Бакинский центр информаци

нных техн

логий (БЦИТ)

Мехтиев Фархад Гидаятович 

810-(99412)

493-1066;

493-1086

2

Азербайджан. г. Баку. ООО "Элстар"

Агабалаев Эльдикар Агабалаевич

810-(99412) 

542-31-25

 

 
 İlk olaraq gözə dəyən budur ki, burada bizim qəhramana məxsus "Bakı innovasiya texnologıyaları mərkəzi” MHA-nın tərəfdaş qurumu kimi göstərilir. Halbuki həmin təşkilat çoxdandır ki, yəni 10 ilə yaxındır ki, öz fəaliyyətini dayandırıb, bundan sonra F.Mehtiyev 7 yeni QHT və şirkət yaradıb. Və həmin təşkilatdır ki, onun haqqında dəfələrlə cinayət işi başlanıb. 
 
Lakin ən maraqlısı aşağıda gördüyünüz siyahıdır:
 
Республика Армения

Наименование партнера СГА

Фамилия, имя, отчество руководителя

Код города

Телефон

1

Армения, г. Чамбарак. Филиал ООО "Российско-Армянский центр дистанционных технологий "Элэнар"

Мкртчян Зинаида Бениаминовна

810-(374265)

2-34-33

2

Армения. г. Гюмри. Филиал ООО "Российско-Армянский центр дистанционных технологий "Элэнар"

Чардарян Эдуард Арамаисович 

810-(374312)

3-18-39

3

Армения. г. Капан. Филиал ООО "Российско-Армянский центр дистанционных технологий "Элэнар"

Давтян Виктория Грачиковна

810-(374285)

6-29-88

Армения. г. Степанакерт. Филиал ООО "Российско-Армянский центр дистанционных технологий "Элэнар"

Арушанян Асмик Григорьевна

810-(374479)

5-04-39

6

Армения. г. Ташир. Филиал ООО "Российско-Армянский центр дистанционных технологий "Элэнар"

Тамазян Саак Мехакович

810-(374254)

2-51-80

7

Армения. г. Ереван, ООО "Российско-Армянский центр дистанционных технологий "Элэнар" 

Рштуни Лариса Николаевна

810-(37410)

55-98-30

55-98-36

55-93-37 

8

Армения. г. Ереван,  "Российско-Армянский Современный гуманитарный институт" 

Рштуни Лариса Николаевна

810-(37410)

55-98-30

 

Yuxarıdakı məlumatlardan da bəlli olur ki, MHA-nın digərləri ilə yanaşı Azərbaycanın iş altında olan Xankəndində (saytda Stepanakert kimi qeyd olunub-red) də filialı mövcuddur.
 
Lakin bir məqam daha maraqlıdır. Gördüyünüz kimi, biz xüsusi olaraq rənglədiyimiz sətirdən bəlli olur ki, bu Stepanakert hansı ölkəyə mənsubdur. Siz səhv etmirsiniz, məhz Ermənistana. Deməli, Fərhad Mehtiyevin ermənilərlə dostluğu sayəsində (və çox güman ki, Abbas Abbasovun da dəstəyi ilə) 10 illərdir ki, azərbaycanlı gənclər, Dağlıq Qarabağa Ermənistan, Xankəndinə isə Ermənistan şəhəri deyən bir universitetdə təhsil alırmışlar.

Ruslarla və ermənilərlə olan münasibətləri, buradan rahat pul qazanmaq həvəsi artaraq F. Mehtiyevi öz fəaliyyətinin coğrafiyasını dəyişmək fikrinə salır və bunun üçün yeni "planlar” qurulur. Nəhayət, bir sıra mötəbər türk iş adamı vasitəsi ilə (gələcəkdə onların hamısı F. Mehtiyev tərəfindən ya aldadılır, ya da şərlənir) o, 2008-2010-cu illərdə Türkiyə Cümhuriyyəti Anadolu Universitetinin rəhbərliyi ilə təmas qurur, onlara Rusiya ilə bu sahədə artıq 5 illik təcrübəsi olduğunu bildirir və burada tərəfdaşlığını qazanır. Bu prosesə də ruslar yaxından cəlb edilir ki, F. Mehtiyevin çox "dəyərli şəxsiyyət" olmasını təsdiqləyən olsun. Atalar demişkən, "yalançının şahidi yanında olar". Lakin müəyyən zaman keçdikcə Türkiyə tərəfi F. Mehtiyev haqqında müəyyən araşdırmalar aparmağa başlayır. Aldığımız məlumatlara görə, bu arada F.Mehtiyevdən elmi dərəcələrini sübut edən və digər sənədlər tələb olunur. F.Mehtiyev bu sənədləri verməkdən yayınaraq, daha sonra türkiyəli tərəfdaşları ilə zor dilində danışmağa başlayır. Və nəticə özünü çox gözlətmir. Günün birində, tərəfdaşları rəsmi məktubla F. Mehtiyevin xidmətlərindən imtina etdiklərini bəyan edir və 2014-cü ilin ortalarında onunla bağlanmış müqaviləyə xitam verilir.

Maraqlıdır ki, F. Mehtiyev Türkiyədəki saləhiyyətlilərə öz adından ardı-sırası kəsməyən məktublar göndərir. Burada o, Azərbaycan və türk xalqları qarşısında olan öz "misilsiz” xidmətlərindən bəhs edir və çox qəribədir ki, F.Mehtiyev bu yazışmaların bir çoxunun sosial mediada paylaşmasını təşkil edir. Lakin onun bu məktublarına cavab belə verilmir, çünki hamı bu şəxsin "qəhrəmanlıqlarından” hali idi, amma artıq gec idi.

Bunların nəticə olmadığı halda,  F. Mehtiyev topladığı qrupun adından böhtan və şər dolu məktublar yazdırır. Sosial şəbəkələrdə anonim saytlar açdırır. Sosial medyada həmişə olduğumuz bu tip məktublarda biz F.Mehtiyevin hətta Azərbaycandakı Türkiyə səfirini hədəfə götürdüyünü görürük. Çox maraqlıdır ki, bu saytlarda gedən yazılarda göstərilən faktlar təkrarlanma xarakteri daşıyır və onların hətta yazılış manerası və dəsti-xətti də eynidir (yuxarıda qeyd etdiyimiz kimi, lazımı səlahiyyətlərimiz olmadığından təəssüf ki, Türkiyə səfirinin məsələyə, bu şəxsə qarşı mövqeyini öyrənə bilmədik). Lakin burada hamını narahat edən bir məqam var. F. Mehtiyev çox hiyləgər biri olduğundan və xəstəliyindən məharətlə istifadə etməyi bacardığından (2012-ci ildə O, insult keçirmiş və beyin fəaliyyəti pozulmuşdur), yenə də bir anda bütün yazıların və bu kampaniyanın ona heç bir aidiyyatı olmadığını deyərək, aradan çıxmağa cəhd edəcəkdir. Onu hazırda əhatə edən insanlar uzaq olmayan keçmişi yada salmalıdırlar və bir anlığa böhtanla üzləşmiş öz keçmiş həmkarlarının aqibəti haqqında dərindən düşünməlidirlər. 

Aldığımız son məlumata görə Fərhad Mehtiyev indi də Rusiyanın "Sinergiya” İnstitutu və Türkiyənin "İstanbul Universiteti” ilə "əməkdaşdaşlığa” başlayaraq, yenidən gənclərimizi aldatmaqla  pul qazanmaq niyyətinə düşüb (metro stansiyalarında əsasən də Elmlər Akademiyası stan.da bu reklamları görmək olar).   

Sözsüz ki, Fərhat Mehtiyev hər hansı bir qurumla əməkdaşlığa başlayanda özünün saxta titullarını əlində bayraq edir, diqqəti özünə cəlb etməyə çalışır. Aşağıda siz F. Mehtiyevin şəklini və ona verilən ordenin təsvirini görə bilərsiniz. Həmin şəkili və məlumatları biz F.Mehtiyeve məxsus www.open.edu.az saytından götürmüşük. Lakin nədənsə F.Mehtiyev son günlər o saytı bağlayıb. Həqiqətən də, Rusiyada belə bir orden mövcuddur və o ali dövlət mükafatı olmaqla, Rusiya dövləti qarşısında xüsusi xidməti olan adamlara verilir. Ən əsası da odur ki, bu orden digər dövlət mükafatları kimi, Rusiya prezidentinin fərmanı ilə verilir və bu haqda prezidentin saytında məlumat yerləşdirilir. Biz onu tapa bilmədik. Lakin digər məsələni aydınlaşdırmağı bacardıq.

Aşağıdakı şəkillərində göstərilən bu orden F. Mehtiyevə mənşəyi bəlli olmayan hansısa Milli Komitə tərəfindən verilib. Bunun mahiyyətini tam başa düşmək üçün Rusiyanın tanınmış saytı olan Polit.ru saytında da olan məqaləni bu ünvanda oxuya bilərsiniz:   http://polit.ru/news/2008/10/09/ordena/. ">http://polit.ru/news/2008/10/09/ordena/. 

Bu məqalədə saxta ordenlər paylayan həmin "saxta” komitənin bir keşmiş KQB generalı tərəfindən təsis olunması göstərilir. Və həmin Komitənin saxta fəaliyyəti Rusiya prokurorluq və məhkəmə oqranları tərəfindən ifşa olunub və onun rəhbəri məsuliyyətə cəlb edilib. Fikir verin, yenə də Rusiya xüsusi xidmət orqanı ilə münasibət və əməkdaşlıq. Fikirləşməyə dəyər.

İndi isə F. Mehtiyevin "elmi fəaliyyəti” haqqında...

Biz artıq onun bəzi saxta orden və adları baradə yuxarıda məlumat vermişik. Bunu tam əminliklə eynilə F. Mehtiyevin elmi fəaliyyəti və adları haqqında da demək olar. Çox maraqlıdır ki, F. Mehtiyev hansı sahə üzrə elmi dərəcə aldığına dair heç bir yerdə bir kəlmə də yazmır. Əgər o, həqiqətən, alimdirsə, onda ən azından hansısa elmi jurnal və digər nəşrdə çap olunan bir əsərin adını çəkməlidir. F. Mehtiyev ABŞ-ın York Universitetində müdafiə edərək, elmi dərəcə alması haqda hər yerdə yazır. Lakin ən azından məlumdur ki, bu dövrdə F. Mehtiyev ağır insult keçirərək, yataq xəstəsi olub və onun fiziki nöqteyi-nəzərindən bu elmi dərəcəyə yiyələnməsi mümkünsüzdür. 

Digər tərəfdən araşdırmalarımız onu göstərir ki, York Universiteti deyilən həmin qurumun ABŞ-a heç bir aidiyyatı yoxdur və o, rusiyalılar tərəfindən qondarma təsis edilib və buradakı əsas simalar da məhz ermənilərdir (bu universitet yalnız sayt üzərində var, həqiqətdə isə belə universitet yoxdur).

O ki qaldı professor və akademik kimi vəzifə və adlara, hamıya bəllidir ki, bu gün dünyada ictimai əsaslarla və həqiqətdə isə fundamental elmə heç bir aidiyyatı olmayan çoxlu sayda akademiyalar, universitetlər peyda olub. Çirkin əməllər üçün yaradılan belə üzdəniraq "elm mərkəzləri” müəyyən maddi təzminatın müqabilində sağa-sola elmi adlar paylamaqla məşğuldurlar.

Yazımızda qeyd edilən faktlar göstərir ki, F. Mehtiyevin öz şəxsiyyəti ətrafında yaratdığı bütün ad, elmi fəlaiyyət və sairələr tam saxtadır.  Yuxarıda qeyd etdiyimiz kimi, F. Mehtiyev bir sıra rusiya özəl ali təhsil müəssələri ilə müqavilə imzalayaraq, onlar üçün Azərbaycanda tələbə qəbulu təşkil edir. Bu əsasən Rusiyanın Müasir Humanitar Akademiyası ilə bağlı idi. Lakin bu yaxınlarda həmin universitetin lisenziya ləgv edildiyindən, onlar öz tələbələrini sürətli qaydada digər bənzər "universitetlər”ə yerləşdirməyə başladırlar. Bu məqsədlə bir qrup işbaz tərəfindən təkcə Moskva şəhərində 10-dan artıq belə üzdəniraq "universitet” yaradılıb. Və bizim bu yazı artıq çapa hazır olanda, biz daha bir vacib bilgi əldə etdik. Bu bilgiyə əsasən əminliklə demək olar ki, həmin qrup tərəfindən karusel prinsipi ilə fəaliyyət göstərən geniş "universitet”lər şəbəkəsi yaradılıb.    
 
Şübhəsiz ki, F. Mehtiyev də bu cinayətkar şəbəkənin fəal üzvü olduğu üçün, həmin "universitet” və "institutlara qəbul elan edibdir. Çox maraqlıdır ki, həmin bu Moskva "universitetlərində həm rus, hətta Azərbaycan dilində təhsil almaq olar!? 

F. Mehtiyevin təşkil etdiyi bu şirkətlərin elanlarında belə bir məqam var ki, sən demə paralel olaraq birdən iki ali təhsil "ocağında” oxumaq olar və nəticədə iki diplom əldə olunur. Gülməlidi, lakin bu faciəvi gülüşdü. Biz bilmirik, artıq neçə insan belə elanlara uyaraq həmin "universitetlər”də oxumaq arzusunu ifa edib. Lakin bir həqiqət var ki, adətən dələduzlar insanları yoldan çıxartmaq bacarığına və məharətinə malik olurlar. Digər tərəfdən, bu gün də ağına-bozuna baxmayaqaraq, öz uşaqlarına ali təhsil vermək arzusunda olanların da sayı gündən-günə artır və bundan da "moşenniklər” çox böyük məharətlə istifadə edirlər.  Biz aldadılanlar sayının azaldıması məqsədi ilə, sizə F. Mehtiyevin yeni ortaqlarının adını veririk: Moskva maliyyə-sənaye universiteti "Sinergiya” və Moskava sosial-humanitar təhsil və servis institutu. Nəzərinizə çatdırırıq ki, bizim Rusiyada təhsil nəzarət edən qurumdan əldə etdiyimiz məlumata görə, qeyd edilən universitetlərdən ikincisinin ümumiyyətlə lisenziyası yoxdur, birincisi isə Azərbaycanda filialı mövcud deyil.

Əlavə olaraq F. Mehtiyevə məxsus şirkətlərin də ünvanlarını veririk:
Müasir Humanitar Akademiya  - Bakı ş., 28 may küçəsi., ev 5, mənzil 51 (Tel: 012 493 10 66)
Sinergiya İnstitutu - Bakı ş., Yasamal ray., Bəxtiyar Vahabzadə küç., 5 (Tel: 012 594 31 53)
Ofis - Bakı ş., Cəfər Cabbarlı küç., 29

Bu ünvanlar onun reklamlarından götürülüb. Lakin bu reklam deyil, sadəcə gənclərin aldadıla biləcəyi ünvanlardır”.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini  dərc etməyə hazırıq.

Arqument.Az