Ramin Hacılı barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb

Ramin Hacılı barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb

30-07-2018 18:09 / Bu xəbər 1509 dəfə oxundu

Ona qarşı əlavə ittihamlar elan edilib

Nərimanov Rayon Məhkəməsində QHT rəhbəri Ramin Hacılının barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

"APA” agentliyi yazır ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

R.Hacılının barəsində həbs qətimkan tədbiri 2 ay 15 gün müddətinə uzadılıb.

Eyni zamanda, istintaq Ramin Hacılıya əlavə ittihamlar elan edib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

İyunun 4-də sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıb.

İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona kömək etməsini etiraf edib.

F.Qasımov da eyni məzmunlu ifadə verib.

R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.