REAL qurultayı təxirə saldı

REAL qurultayı təxirə saldı

28-10-2017 01:31 / Bu xəbər 1267 dəfə oxundu

Respublikaçı Alternativ Partiyasının oktyabrın 29-na təyin olunan 1-ci təsis qurultayı təxirə salınıb. 

Bu gün keçirilən mətbuat konfransında bildirilib ki, buna səbəb Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin yer ayımaqdan imtina etməsi olub. Təşəbbüs Qrupu üzvlərinin bu gün keçirdikləri mətbuat konfransında bildirilib ki, yerlə bağlı dövlət orqanlarına yenidən müraciət olunacaq.

Qeyd olunub ki, qurultayın noyabrın 4,5,11,12,18,19,25,26 və ya dekabr ayının ilk həftəsonu keçirilməsi mümkündür.

Mətbuat konfransında Fransanın, Böyük Britaniyanın, Norveçin, Almaniyanın, Hollandiyanın, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliklərinin nümayəndələri, həmçinin Avropa Şurasının nümayəndəsi iştirak edib. 

Mətbuat konfransında qeyd olunub ki, istənilən cavabdan asılı olmayaraq, Respublikaçı Alternativ Partiyası 2017-ci ildə özünün 1-ci təsis qurultayını keçirəcək.