Türkiyə növbədənkənar prezident seçkisinə gedir
18-04-2018 18:40 / Bu xəbər 2477 dəfə oxundu
Türkiyədə prezident seçkisi iyunun 24-də keçiriləcək.
Yəni seçki bir ildən də çox qabağa çəkilir.
Türkiyə prezidenti Recep Tayyip Erdogan aprelin 18-də deyib ki, ölkəyə təcili olaraq prezident üsul-idarəsinə keçmək lazımdır.
Türkiyədə parlament və prezident seçkiləri 2019-cu ilin noyabrına planlaşdırılırdı.
Erdogan deyib ki, millətçi MHP partiyasının lideri Devlet Bahceli ilə danışandan sonra belə bir qərar verib.
Baxçəli aprelin 17-də erkən seçki ideyasını ortaya atmışdı.
Seçkidən sonra Türkiyə parlament sistemindən prezident üsul-idarəsinə keçəcək və prezidentin səlahiyyətləri genişləndiriləcək.
Konstitusiyaya dəyişikliklər 2017-ci il 16 aprel referendumunda təsdiqlənib.///azadliq.org