Yevtuşenko öldü
02-04-2017 01:20 / Bu xəbər 3171 dəfə oxundu
ABŞ-da yaşayan tanınmış şair Yevgeni Yevtuşenko vəfat edib.
Bu haqda onun əməkdaşlıq etdiyi "Novaya Gazeta" yazıb.
Şair 1991-ci ildən ABŞ-da yaşayır və Tulsa universitetində mühazirələr oxuyurdu.
Həmçinin oxu: "Ədəbiyyatla əxlaqı qarışdırmaq çox təhlükəli məsələdir"
150-dən çox kitab müəllifi olan Yevtuşenkonun bəzi şeirləri Azərbaycan dilinə də tərcümə edilib.
Şairin Moskvada dəfn ediləcəyi bildirilir.
Ünlü rus şairi Yevgeni Yevtuşenko 1932-ci ildə Sibirdə doğulub. O, 60-cı illər nəslinin ən parlaq nümayəndələrindəndir.
Hələ Sovetlər zamanında bütün dünyada tanınıb.
Y.Yevtuşenkonun 1966-cı ildə yazdığı ən məşhur misrası-- «Поэт в России больше, чем поэт» («Rusiyada şair şairlikdən artıqdı») yaradıcılığının manifestinə çevrilib və dildən-dilə düşüb.