Sarkisyan Müdafiə Nazirliyini dağıtdı, generalları qovdu

Sarkisyan Müdafiə Nazirliyini dağıtdı, generalları qovdu

26-04-2016 13:32 / Bu xəbər 2185 dəfə oxundu

Ermənistan prezidenti Serj Sarkisyanın fərmanına əsasən Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan tutduğu vəzifədən azad edilib.

Report "Lragir" portalına istinadən xəbər verir ki, eyni zamanda bir sıra yüksək rütbəli hərbçilər də işdən qovulub.

Belə ki, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və kəşfiyyat baş qərargahının başçısı Arşak Karapetyan vəzifəsindən azad edilib.

Arqument.az