2023-cü il büdcəsinin xərc istiqamətləri hansılardır?

2023-cü il büdcəsinin xərc istiqamətləri hansılardır?

06-11-2022 15:53 / Bu xəbər 771 dəfə oxundu

2023-cü ilin dövlət büdcəsi layihəsində 30 milyard 720,7 milyon manat gəlir, 33 milyard 300 milyon manat xərc nəzərdə tutulur. 

Bu rəqəmlər Parlamentdə müzakirəyə çıxarılan büdcə layihəsində əksini tapıb. 

Arqument.az büdcənin xərc istiqamətlərini təsnifatlandırıb: 

- iqtisadi fəaliyyət – 6 milyard 891,2 milyon manat;

- müdafiə və milli təhlükəsizlik – 5 milyard 320,1 milyon manat;

- təhsil – 4 milyard 423,1 milyon manat;

- sosial müdafiə və sosial təminat – 4 milyard 415,9 milyon manat;

- ümumi dövlət xidmətləri – 3 milyard 786,7 milyon manat;

- məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 2 milyard 742,8 milyon manat;

- səhiyyə – 1 milyard 906,4 milyon manat;

- kənd təsərrüfatı – 1 milyard 202,1 milyon manat;

- mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 562,8 milyon manat;

- ətraf mühitin mühafizəsi – 371,1 milyon manat;

- mənzil və kommunal təsərrüfatı – 349,9 milyon manat;

- əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 327,9 milyon manat.