ADO məhkəməyə müraciət edib

ADO məhkəməyə müraciət edib

28-10-2021 14:38 / Bu xəbər 1524 dəfə oxundu

Teatr Elmin Bədəlovun polis tərəfindən saxlanılmasından şikayətçidir

ADO teatrının bədii rəhbəri, aktyor Elmin Bədəlovun 2021-ci il iyulun 15-də Qış parkında performans göstərərkən polis tərəfindən saxlanılması ilə bağlı Yasamal Rayon Məhkəməsinə şikayət edilib.

Bu haqda teatrın yaydığı press-relizdə bildirilir.

Elmin Bədəlov Qış parkında "Yeddinci Məkan” adlı küçə tamaşasını nümayiş etdirərkən 27-ci Polis Bölməsinə aparılmışdı.

Məlumatda bildirilir ki, Elmin Bədəlovun polis bölməsində 3 saatdan çox saxlanılması Avropa Konvensiyasının 5, 10 və 11-ci maddələrində təsbit edilmiş hüquqlarının pozuntusudur.

Məhkəmədən xahiş olunur ki, Bakı Şəhər Baş Polis İdarəsinin və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının hərəkətini (performerin saxlanmağı və hədələnməyi) qanunsuz saysın və onun Konvensiyanın 5, 10 və 11-ci maddələrində təsbit edilmiş hüquqlarının pozulması müəyyən edilsin.

Elmin Bədəlov ADO Tetarının yaradıcısıdır.

O, üç ilə yaxındır ki, küçə performansları göstərmək üçün Mədəniyyət Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər edib.

Müsbət cavab almayan ADO rəhbəri məsələ ilə bağlı 2019-cu ildə 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə üz tutub. Birinci instansiya qərarı teatrın xeyrinə versə də, sonradan Bakı Şəhər İcra Hakimiyyətinin Apelyasiya Məhkəməsinə müraciətdən sonra ləğv edilib.

Elmin Bədəlov bu il iyulun 9-da teatrın direktoru vəzifəsindən getdiyini bildirmişdi. Bundan sonra daha çox yaradıcılıqla məşğul olacağını söyləmişdi.

Hazırda teatrda direktor vəzifəsini hüquqşünas Xalid Bağırov icra edir.(Meydan TV)