Almaniyanın ən böyük stadionunda koronavirusla mübarizə mərkəzi açılıb

Almaniyanın ən böyük stadionunda koronavirusla mübarizə mərkəzi açılıb

03-04-2020 23:34 / Bu xəbər 1314 dəfə oxundu

"Borussia” futbol klubu Almaniyanın Dortmund şəhərində "İduna Park Signal” stadionundan koronavirus pandemiyası ilə mübarizə üçün istifadə edildiyini açıqlayıb. 

Arqument.Az xəbər verir ki, bu barədə klubun saytında məlumat yerləşdirilib.

Şənbə günü, 4 apreldən etibarən, koronavirusa şübhəli olan və müvafiq simptomları olan xəstələr stadionun şimal tribunasının ərazisində təchiz olunmuş tibb mərkəzinə gətiriləcək.

Mərkəzdə xəstələrin vəziyyəti qiymətləndirəcək və ambulator və ya stasionar müalicəyə qərar veriləcək.

"Stadionumuz, Dortmund və onun ətrafında olanların çoxunun getdiyi əsas məkandır. Texniki, infrastruktur və yerləşmə şəraiti sayəsində koronavirusla yoluxmuş insanlara aktiv yardım üçün ideal bir yerdir", - klubun idarə heyətinin rəhbəri Hans-Yoahim Vacke sayta verdiyi açıqlamada deyir. 

"Signal Iduna Park” Almaniyanın ən böyük futbol stadionudur və futbol matçlarında 81.000 azarkeş qəbul edə bilir.

Xatırladaq ki, Almaniyada koronavirus xəstəliyindən ölənlərin sayı 1017 nəfərə çatıb, onlardan 145-i son gündə ölüb. 

Son bir gündə təsdiqlənmiş xəstəlik hallarının sayı 6714 artaraq 79696 olub. 
 
Nizami