Ankara terrorunu törədənlərin kimliyi bəlli oldu
14-03-2016 12:23 / Bu xəbər 1390 dəfə oxundu
Ötən gecə Ankaranın Kızılay meydanında baş vermiş partlayışı törədənlərin kimliyi məlum olub.
Oxu.Az-ın "haberturk”ə istinadən verdiyi məlumata görə, partlayışı 2 nəfər törədib.
Onlardan biri qadın, digəri isə kişidir. Terrorçular hadisə yerində ölüblər.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada baş vermiş partlayışda 34 nəfər ölüb, 125 nəfər yaralanıb.
Arqument.Az












