Zelenski: “Bayden müharibəni beş dəqiqəyə də bitirə bilərdi”

Zelenski: “Bayden müharibəni beş dəqiqəyə də bitirə bilərdi”

10-07-2023 13:40 / Bu xəbər 796 dəfə oxundu

ABŞ Prezidenti Co Bayden Ukraynadakı müharibəni beş dəqiqəyə bitirə bilərdi.

Bu sözləri Ukrayna prezidenti Zelenski ABC News-a müsahibəsində deyib.

"Əgər biz münaqişəni Ukraynanın maraqları bahasına bitirməkdən, başqa sözlə, bizi ərazilərimizdən imtina etməyə məcbur etməkdən danışırıqsa, düşünürəm ki, bu yolla Bayden hətta beş dəqiqəyə də müharibəni bitirə bilərdi”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Kiyev bununla heç vaxt razılaşmayacaqdı.

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp bir gün ərzində Ukrayna münaqişəsinə son qoya biləcəyini bildirmişdi.